Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Şəmkir filialında xidməti müşavirə keçirilib

2025-ci il üzrə müvafiq hesabat sənədlərinin icrası və nəticələri, o cümlədən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivlərinin maliyyələşməsinin mərkəzləşdirilmiş xərclərə aid edilməsi məsələləri barəsində Dövlət Arxivinin Şəmkir filialında xidməti müşavirə keçirilib.

Ağstafa, Qazax, Tovuz və Gədəbəy rayon dövlət arxivlərinin müdirlərinin, həmçinin filial əməkdaşlarının iştirakı ilə keçirilmiş müşavirədə filial direktoru Elşən Quliyev gündəlikdə duran məsələlər, həmçinin “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 292-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli Fərmanının icrası ilə bağlı Milli Arxiv İdarəsinin təlimatlarını iştirakçıların diqqətinə çatdırıb, cari məsələlər müzakirə edilib.  

 


Bugün: 840
Dünən: 1440
Bu həftə: 840
Son həftə: 14312
Bu Ay: 38657
Son Ay: 55392
Bu İl: 190696
Ümumi: 1884621
1884621