Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Salyan filialına tələbələrin ekskursiyası təşkil olunub

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Azərbaycan Respublikası Dövlət Arxivi Salyan filialının 2024-cü il üçün iş planına uyğun olaraq, filial  və  Şəhid Sübhan Cəbrayılov adına Salyan rayon Peçə Liseyinin birgə təşkilatçılığı ilə adıçəkilən liseyin tələbələrinin filiala ekskursiyası təşkil olunub. 

26 fevral 2024-cü ildə keçirilən ekskursiyada filialının direktoru Səkinə Məlikova tələbələr qarşısında çıxış edərək, ilk öncə Xocalı soyqırımı haqqında məlumat verib. Daha sonra filial direktoru tərəfindən arxivin əsas iş istiqamətləri, filialın əhatə etdiyi Cəlilabad, Biləsuvar, Neftçala rayon dövlət arxivləri haqqında, sənədlərin dövlət arxivinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi, rəqəmsallaşdırılması və elektron xidmətlər barədə məlumat verilib.


Bugün: 349
Dünən: 1017
Bu həftə: 4947
Son həftə: 5867
Bu Ay: 20645
Son Ay: 20754
Bu İl: 85946
Ümumi: 1106367
1106367