11 İyun 2024 04:05 XƏBƏRLƏR Baxış sayı : 545
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivinin Salyan filialının 2024-cü ilin İş Planına uyğun olaraq, 9 iyun Beynəlxalq Arxivlər Gününə həsr edilmiş növbəti “Açıq Qapı Günü” keçirilib. Bu tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan Regional Filialının əməkdaşları iştirak ediblər.
Filialın direktoru Səkinə Məlikova tədbir iştirakçılarını arxiv işinin təşkili, sənədlərin mühafizəsi, qeydiyyatı, komplektləşdirilməsi, istifadəsi, informasiya təminatı və rəqəmsallaşdırılması üzrə görülən işlər, o cümlədən müvafiq normativ hüquqi aktların tələbləri haqqında məlumatlandırdı.
Daha sonra iştirakçılar sənədlərlə yaxından tanış edilərək onların sualları cavablandırıldı.
Bugün: | 908 |
Dünən: | 1180 |
Bu həftə: | 6234 |
Son həftə: | 6288 |
Bu Ay: | 17804 |
Son Ay: | 26944 |
Bu İl: | 91969 |
Ümumi: | 1404553 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az