Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Şirvan filialında “Azərbaycan dilindən düzgün istifadə: ana dili və arxiv” mövzusunda tədbir keçirilib.

Tədbirdə filialın metodiki tabeliyində fəaliyyət göstərən Hacıqabul, Saatlı, Sabirabad Rayon Dövlət Arxivlərinin müdirləri və filialın əməkdaşları iştirak ediblər. 

Tədbiri giriş sözü ilə filialın direktoru Nəsibə Məmmədova açaraq Azərbaycan dilinin dövlətimizin rəsmi dili kimi qrammatik, orfoqrafik, orfoepik qaydaların tələblərinin ümumi şəkildə qorunması və həmin tələblərə uyğun istifadə edilməsi haqqında məlumat verib. N. Məmmədova bildirib ki, keçən əsrə aid olan arxiv sənədlərinin qeyri dövlət dilində olmasına baxmayaraq filial həmin sənədlərin istifadəsi zamanı yuxarıda qeyd edilən tələblərin qorunmasına xüsusi həssaslıqla yanaşır.

Hacıqabul Rayon Dövlət Arxivinin müdiri Vüsal Nağıyev qloballaşma şəraitində Azərbaycan dilinə olan yad təsirlərdən danışıb. 

Sonda tədbir iştirakçıları tərəfindən “2024-cü il - Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.


Bugün: 871
Dünən: 914
Bu həftə: 5023
Son həftə: 6066
Bu Ay: 18919
Son Ay: 28223
Bu İl: 259960
Ümumi: 1280381
1280381