19 Oktyabr 2023 10:43 XƏBƏRLƏR Baxış sayı : 487
Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş Dövlət Arxivi Şirvan filialının iş planına uyğun olaraq 18 oktyabr 2023-cü il tarixində filialda Müstəqilliyin Bərpası Günü münasibətilə “Müstəqil Ölkəmin Qəhrəman Oğulları” adlı sənəd sərgisi təşkil edilmişdir.
Sərgidə Dövlət Arxivi Şirvan filialının rəhbərliyi, əməkdaşları, o cümlədən Şirvan şəhər 1 nömrəli və 20 nömrəli tam orta məktəbin müəllimləri və şagirdləri iştirak etmişdir.
Şəhidlərin xatirəsinin anılması ilə başlayan tədbiri Dövlət Arxivi Şirvan filialının direktoru Nəsibə Məmmədova açaraq Azərbaycanın keçdiyi müstəqillik yolu barədə iştirakçılara geniş məlumat vermişdir. Natiq 28 may 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cumhuriyyətinin hüquqi varisi olan və 18 oktyabr 1991-ci ildə Ali Sovetin sessiyasında Dövlət Müstəqilliyi haqqında qəbul edilmiş Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının öz müstəqilliyini yenidən bərpa etməsindən danışmış, Ulu Öndər Heydər Əliyevin dövlət müstəqilliyinin möhkəmləndirilməsi üçün göstərdiyi misilisiz xidmətləri qeyd etmişdir.
N. Məmmədova Heydər Əliyev irsinin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin prezidentliyinin 20 illiyi haqqında fikirlərini bölüşmüş, 15 oktyabr tarixində Xankəndi şəhərində bayrağımızın dalğalandırılması ilə süverenliyimizn tam bərpa olunduğunu qeyd etmişdir.
Şirvan şəhər 20 nömrəli məktəbin müəllimi Xəqani Abdullayev çıxış edərək məktəblilərdə vətənpərvərlik hisslərinin aşılanması, şəhidlərin məktəblilərə tanıdılması baxımından belə tədbirlərin yüksək əhəmiyyət kəsb etdiyini, Arxivlərdə tarixi sənədlərin qorunması ilə bərabər onların vətəndaşlara tanıdılmasını alqışladığını bildirmişdir.
Daha sonra iştirakçılar sərgi ilə tanış olmuşdurlar. Sərgidə filialda mühafizə olunan “Vətən müharibəsi şəhidləri - Zəfərimizin Qəhrəmanları” adlı 435 № li fondun 24 siyahısı üzrə 17 rəsm əsərindən və 209 foto sənədindən istifadə olunmuşdur. Belə ki, adıçəkilən fonda aid olan şəhidlərin məktəb illərində çəkdiyi rəsmlər, onların qazandığı nailiyyətlər, xatirə şəkilləri və onlara aid digər şəxsi mənşəli sənədlər nümayiş olunmuşdur.
Sərgi 9 Noyabr 2023-cü il tarixinə qədər davam edəcək.
Bugün: | 435 |
Dünən: | 914 |
Bu həftə: | 4587 |
Son həftə: | 6066 |
Bu Ay: | 18483 |
Son Ay: | 28223 |
Bu İl: | 259525 |
Ümumi: | 1279946 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az