06 Oktyabr 2023 12:08 XƏBƏRLƏR Baxış sayı : 539
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi və İnformasiya və Kommunikasiya Texnologiyalarının İnkişafı üzrə Asiya-Sakit Okean Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə 4-5 oktyabr tarixlərində “İnformasiya təhlükəsizliyi və məxfilik” mövzusunda milli təlim keçirilmişdir. Qeyd edilən tədbirdə Milli Arxiv İdarəsinin Arxiv işinin rəqəmsallaşdırılması və innovasiyalar şöbəsinin müdiri Roza Əliyeva iştirak etmişdir. Təlimdə informasiya təhlükəsizliyi siyasətinin əhəmiyyəti, yaradılması və həyata keçirilməsinə dair tələblər, digər ölkələrdə beynəlxalq informasiya təhlükəsizliyi təşkilatları tərəfindən müəyyən edilən informasiya təhlükəsizliyi və məxfiliyin qorunması standartları barədə məlumat verilmiş, fikir mübadiləsi aparılmışdır.
Təlimin sonunda iştirakçılara Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və APCİCT/ESCAP-ın direktoru Kiyounq Ko tərəfindən sertifikatlar təqdim edilmişdir.
Bugün: | 207 |
Dünən: | 937 |
Bu həftə: | 1144 |
Son həftə: | 6281 |
Bu Ay: | 9264 |
Son Ay: | 20603 |
Bu İl: | 56485 |
Ümumi: | 1369069 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az