30 Noyabr 2023 09:46 XƏBƏRLƏR Baxış sayı : 433
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün təlim keçirilib. Təlimdə Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Abasova, MAF sənədlərinin komplektləşdirilməsi, qeydiyyatı və idarə arxivləri ilə iş şöbəsinin müdiri Cəmaləddin Cavadov, Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin müdiri Natiq Eminov, Arxiv işinin rəqəmsallaşdırılması və innovasiyalar şöbəsinin müdiri Roza Əliyeva və İnsan resursları və hüquqi təminat sektorunun müdiri Təranə Aslanova iştirak ediblər.
Dövlət İmtahan Mərkəzinin əməkdaşı Gündüz Əhmədli tərəfindən aparılan təlimdə iştirakçılara fəaliyyətin qiymətləndirilməsi anlayışı, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası və həmin qaydada yer alan prosedur və düsturlar ətraflı izah edilib, qiymətləndirilmə prosesi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.
Bugün: | 252 |
Dünən: | 914 |
Bu həftə: | 4404 |
Son həftə: | 6066 |
Bu Ay: | 18300 |
Son Ay: | 28223 |
Bu İl: | 259341 |
Ümumi: | 1279762 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az