05 İyul 2022 05:38 XƏBƏRLƏR Baxış sayı : 1289
Ustad xanəndənin arxivçilərlə görüşü zamanı onun daha öncə Dövlət Səs Yazıları Arxivinə şəxsən təqdim etdiyi sənədlərdən, həmçinin şəxsi kolleksiyasında qoruyub saxladığı qiymətli qrammofon vallarından söhbət açılmışdır.
Qeyd etmək lazımdır ki, 1989-cu ildə Ağdamda keçirilən “Xarı bülbül” muğam müsabiqəsinin qalibi olan Ağakərim Nafizin təqdim etdiyi maraqlı sənədlər sırasında xanəndənin 2001-ci ildə Fransada lentə alınmış ifası zamanı onu Azərbaycanın xalq artistləri tarzən Malik Mansurov və nağara ifaçısı Natiq Şirinovla yanaşı, udda fransalı Mark Lopuytun müşayiət etməsini əks etdirən sənədlər mövcuddur.
Görüşdə Ağakərim Nafizin ədəbi və musiqi yaradıcılığının yaxından izləyicisi, onun əsərlərini toplayan, həmçinin şairin “DİVAN”ının tərtibatçısı və naşiri Turan İbrahimov öz çıxışında ustad xanəndənin yaradıcılığı ilə yanaşı, anası yazıçı Əzizə Cəfərzadənin yaradıcılığı və son illərdə nəşr edilmiş kitabları haqqında da məlumat vermişdir.
Görüşdə Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçiləri Rafiq Səfərov, Gülnar Məlikova, Dövlət Səs Yazıları Arxivinin direktoru Xalidə Fərəcullayeva və arxivin kollektivi iştirak etmişdirlər.
Bugün: | 21 |
Dünən: | 799 |
Bu həftə: | 2634 |
Son həftə: | 6185 |
Bu Ay: | 22715 |
Son Ay: | 28223 |
Bu İl: | 263756 |
Ümumi: | 1284177 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az