Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Tarix Arxivinin sənədləri əsasında hazırlanan "Polyaklar Azərbaycanda" adlı virtual sənəd sərgisi istifadəçilərin ixtiyarına verilib

XIX əsrin sonu və XX əsrin əvvələrində Azərbaycanda yaşayan polykalar Bakı şəhərində tikinti-abadlıq işlərində yaxından iştirak etmişlər. Sözügedən dövrdə polyaklar arxitektura və tikinti planı üzrə şəhərin müxtəlif hissələrində böyük layihələrin işlənib-hazırlanmasında böyük əmək sərf edib və Bakı şəhərinin tarixi arxitekturasına öz töhfələrini veriblər. O dönəmlərdə Bakı şəhərində polyaklar tərəfindən məktəb və kitabxanaların binaları, ictimai binalar, parklar, bulvarlar və s. layihələndirilmiş və tikilmiş, həmçinin “Polşa evi” adlı cəmiyyət yaradılmışıdır. Polyaklar Azərbaycanda həyatın bir çox sahələrinin inkişafında yaxından iştirak etdikləri kimi, həm də öz mədəniyyətlərini ölkəmizdə təbliğ etmişlər.

Sözügedən sərgiyə daxil edilmiş və Dövlət Tarix Arxivində daimi mühafizə edilən sənədlər XIX əsrin sonu XX əsrin əvvəllərinə aid olmaqla Bakı şəhərinin tarixi memarlıq abidələrində polyakların əməyini qiymətləndirmək baxımından dəyərli hesab edilə bilər.    

Sərgi ilə BURADAN tanış ola bilərsiniz.


Bugün: 101
Dünən: 914
Bu həftə: 4253
Son həftə: 6066
Bu Ay: 18149
Son Ay: 28223
Bu İl: 259190
Ümumi: 1279611
1279611