14 Noyabr 2018 06:38 XƏBƏRLƏR Baxış sayı : 2178
İclasda Daşkəsən, Samux, Naftalan, Göygöl, Goranboy rayon dövlət arxivlərinin müdirləri və Dövlət Arxivinin Gəncə filialının əməkdaşları iştirak etmişlər. Filialın direktoru cari ilin oktyabr ayının 5-də Milli Arxiv İdarəsində keçirilmiş müşavirədə qaldırılan məsələlərlə əlaqədar iştirakçılara məlumat vermiş və qarşıya qoyulmuş tapşırıqlarla onları tanış etmişdir.
Yığıncağda həmçinin 2018-ci ilin doqquz ayının yekunu və 2019-cu il üçün iş planları müzakirə olunmuşdur.
Yığıncağın sonunda Milli Arxiv İdarəsi tərəfindən nəşr edilmiş “Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları”, “Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) Təhsil siyasəti” kitabları rayon dövlət arxivlərinin müdirlərinə təqdim edilmişdir.



| Bugün: | 829 |
| Dünən: | 1440 |
| Bu həftə: | 829 |
| Son həftə: | 14312 |
| Bu Ay: | 38646 |
| Son Ay: | 55392 |
| Bu İl: | 190685 |
| Ümumi: | 1884610 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az