Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivində 8 Noyabr “Zəfər Günü” və 9 Noyabr “Bayraq Günü”nə həsr olunmuş tədbir keçirilmişdir

 Dövlət Arxivinin kollektivinin iştirak etdiyi tədbirdə ilk olaraq ərazi bütövlüyümüz uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri açıq elan edən arxivin direktoru Emin Sərdarov 28 il ərzində işğalda qalan Vətən torpaqlarının azad edilməsi, hərbçilərimizin qəhrəmanlığı, mədəniyyət paytaxtımız olan Şuşa şəhəri haqqında məlumat vermişdir.

Daha sonra çıxış edən arxiv direktorunun müavini Səyyarə Hacıyeva, şöbə müdirləri Azad Bilalov, Aygün Bəyli, arxeoqraf Mehparə Haxəliyeva Vətən müharibəsi, o cümlədən 9 noyabr Dövlət Bayrağı günü haqqında məruzə ilə çıxış etmiş, arxiv sənədlərinin işğaldan azad edilən ərazilərin yenidən qurulmasında əvəzsiz mənbə olduğunu bildirmişdirlər. Qeyd olunmuşdur ki, Dövlət Arxivinin fondlarında mühafizə edilən arxiv sənədlərindən sözügedən istiqamətdə geniş istifadə olunur.

      Tədbirin sonunda Sabir Rüstəmxanlının “Şuşaya qayıdış” poeması əsasında hazırlanan bədii kompozisiyadan bir parça səsləndirilmişdir.


Bugün: 430
Dünən: 1212
Bu həftə: 6968
Son həftə: 6288
Bu Ay: 18538
Son Ay: 26944
Bu İl: 92703
Ümumi: 1405287
1405287