Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il  29 sentyabr tarixli, 3494 nömrəli Sərəncamının icrası ilə əlaqədar Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş müvafiq “Tədbirlər Planı”na uyğun olaraq silsilə xarakterli tədbirlərin həyta keçirilməsi davam etdirilir.

Növbəti tədbir Dövlət Arxivində həyata keçirilmişdir. İştirakçılar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosənədlərdən ibarət sərgi ilə tanış olmuşdurlar.

Tədbirdə Dövlət Arxivinin rəhbərliyi və kollektivi ilə yanaşı Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru Eynulla Mədətov, Tarix İnstitutunun elmi işçisi Cəbi Bəhramov, Azərbaycan İstiqlal muzeyinin direktoru Sədi Mirseyibli, Milli Arxiv İdarəsinin rəsi müavini Həsən Həsənov, İdarənin şöbə müdiri Cəmilə Abasova, Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Könül Nəsibova, Dövlət Elm və Texnika Sənədləri Arxivinin direktoru Fazil Abbasov, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Milli Qvardiyanın hərbi qulluqçuları iştirak edirdilər.

Tədbirdə ilk olaraq Ümummilli Lider Heydər Əliyevin  və Vətən uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Dövlət Arxivinin direktor müavini Səyyarə Hacıyeva tədbiri açıq elan edərək, çıxışında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin dövlətin ən çətin anlarında onu tənəzzüldən xilas edərək, tərəqqi yoluna çıxardığını vurğulamışdır. Bildirililmişdir ki, Heydər Əliyevin müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutub.

Çıxış edən digər natiqlər diqqətə çatdırmışdır ki, Heydər Əliyev ömrünün son 10 ilini Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə həsr etmiş, onu düşdüyü çətinlikdən çıxarmışdır.

          Tədbir açıq diskussiya şəklində davam etmişdir. 

 

 


Bugün: 323
Dünən: 882
Bu həftə: 2137
Son həftə: 6185
Bu Ay: 22218
Son Ay: 28223
Bu İl: 263259
Ümumi: 1283680
1283680