27 Dekabr 2021 11:27 XƏBƏRLƏR Baxış sayı : 632
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivi Gəncə filialının 2021-ci ilin İş planına uyğun olaraq filialın və Gəncə şəhər 2 nömrəli Peşə məktəbinin birgə təşkilatçılığı ilə tələbələrin filiala ekskursiyası təşkil olunmuşdur.
Ekskursiyada ARDA Gəncə filialının direktoru Eleonora Süleymanova tələbələr qarşısında çıxış edərək arxivin əsas iş fəaliyyəti istiqamətləri o cümlədən filialın əhatə etdiyi Daşkəsən, Göygöl, Samux, Goranboy, Naftalan rayon dövlət arxivləri haqqında, həmçinin sənədlərin dövlət arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi, rəqəmsallaşdırılması və elektron xidmətlər haqqında ətraflı məlumat vermişdir.
Daha sonra tələbələr arxivdə sənədlərin mühafizə şəraiti ilə əyani tanış edilmiş, onları maraqlandıran sualları cavablandırılmışdır.
Bugün: | 722 |
Dünən: | 1014 |
Bu həftə: | 5888 |
Son həftə: | 6066 |
Bu Ay: | 19784 |
Son Ay: | 28223 |
Bu İl: | 260825 |
Ümumi: | 1281246 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az