05 Avqust 2022 11:39 XƏBƏRLƏR Baxış sayı : 1394
05 avqust 2022-ci il tarixində Dövlət Arxivinin Gəncə filialında filialın elmi-metodiki tabeliyində olan rayon (şəhər) dövlət arxivlərinə DOST İş Mərkəzininin xətti ilə işə qəbul edilmiş əməkdaşlarla görüş keçirilmişdir. Görüşdə filialın direktoru E. Süleymanova işə yeni qəbul olunmuş əməkdaşlara arxiv işi sahəsində qanunvericilik aktları, arxiv sənədlərinin mühafizəsi, uçotu, komplektləşdirilməsi, istifadəsi, rəqəmsallaşdırılması və s. haqqında qısa məlumat vermiş, suallar cavablandırılmışdır.
Xatırladırıq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzinin Milli Arxiv İdarəsi ilə əməkdaşlığı çərçivəsində Mərkəz tərəfindən respublikamızın rayon (şəhər) dövlət arxivlərində işçi qüvvəsinə olan təlabat nəzərə alınaraq, habelə bölgələrdə məşğulluğa dəstək məqsədilə 100 nəfər müvafiq sahədə işlərə cəlb olunmuşdur. İşə cəlb edilən şəxslər dövlət arxivlərində əmək müqaviləsi əsasında arxiv işi sahəsində müvafiq vəzifələri icra edirlər.
Bugün: | 374 |
Dünən: | 1014 |
Bu həftə: | 5540 |
Son həftə: | 6066 |
Bu Ay: | 19436 |
Son Ay: | 28223 |
Bu İl: | 260477 |
Ümumi: | 1280898 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az