Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Gəncə filialında Gəncə Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Bayramova Sabirə Sabir qızı ilə görüş keçirilmişdir.

02.09.2022-ci il tarixdə Dövlət Arxivinin Gəncə Filialında Gəncə Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Bayramova Sabirə Sabir qızı ilə “Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, şair, maarifçi, ictimai xadim Hacı Kərim Sanılının həyat və yaradıcılığı”  mövzusunda görüş keçirilmişdir. Görüş zamanı Sabirə xanım , Azərbaycan pedaqoji fikir tarixində görkəmli yer tutan simalardan biri, istedadlı müəllim, pedaqoq, metodist, əsl xalq ziyalısı, xalqın azadlığı və səadəti uğrunda yorulmaz mübariz, dəhşətli 30-cu illər repressiyasının qurbanı Hacı Kərim Sanılının Gəncədə ilk rus-tatar məktəbinin  banisi olduğunu xüsusi vurğulayaraq, ondan bizə miras qalmış tərbiyəvi-əxlaqi motivlərlə zəngin olan ədəbi-bədii yaradıcılığını görüş iştirakçılarının nəzərinə çatdırmışdır. Həmçinin görüşdə H.K.Sanılının 1924-cü ildə “Yeni türk əlifba komitəsi”nin nəşri ilə “Qızıl şərq” mətbəəsində nəşr olunmuş “Böyüklər üçün əlifba kitabı” da nümaiş olundu. 50 səhifədən ibarət olan bu kitabın şüarı belədir:  “Bütün ölkələrin yoxsulları , birləşin!”.

Görüşün sonunda Sabirə Sabir qızı müəllifi olduğu “Hacı Kərim Sanılının Pedaqoji Fəaliyyəti və maarifçilik görüşləri” adlı kitabını Dövlət Arxivinin Gəncə filialına hədiyyə etdi.

               


Bugün: 917
Dünən: 1212
Bu həftə: 7455
Son həftə: 6288
Bu Ay: 19025
Son Ay: 26944
Bu İl: 93190
Ümumi: 1405774
1405774