Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Gəncə filialında “Müstəqillik Günü”nə həsr olunmuş tədbir keçirilmişdir

"Heydər Əliyev ili" çərçivəsində Dövlət Arxivinin Gəncə filialında “Müstəqillik Günü”nə həsr olunmuş "Heydər Əliyev və müstəqillik tariximizin şanlı səhifəsi" adlı tədbir keçirilmişdir. Tədbirdə Dövlət İdarələri və İctimai Xidmətləri Həmkarlar İttifaqının Gəncə Şəhər Komitəsinin sədri Ülviyyə Vəliyeva, Gəncə Dövlət Universitetinin müəllimləri Sabirə Bayramova, Yahya Süleymanov, Yeni Azərbaycan Partiyası "Yeni Gəncə " qəzetinin redaktoru Hicran Məmmədova, Dövlət Arxivi Gəncə filialının direktoru Eleonora Süleymanova, filialın əməkdaşları və digər qonaqlar  iştirak etmişdirlər.

Tədbirdə çıxış edən natiqlər XX əsrin əvvəllərində Azərbaycanın dahi şəxsiyyətləri tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını, XX əsrin sonlarında xaosa sürüklənən müstəqilliyimizin Ulu Öndər Heydər Əliyevin uzaqgörən və qətiyyətli siyasəti sayəsində, möhkəmləndiyini, bütün zərbələrdən yan keçdiyini və əbədi xarakter aldığını, dövlətimizin möhkəm təməllər üzərində qurulduğunu bildirmişdirlər. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsini, Azərbaycanın beynəlxalq nüfuzlu  qüdrətli dövlətə çevrilməsi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. 

            Daha sonra Dövlət Arxivinin Gəncə filialının bir qrup əməkdaşına Dövlət İdarələri və İctimai Xidmətləri Həmkarlar İttifaqının Gəncə Şəhər Komitəsi tərəfindən fəxri fərmanlar təqdim olunmuşdur. 

 


Bugün: 646
Dünən: 914
Bu həftə: 4798
Son həftə: 6066
Bu Ay: 18694
Son Ay: 28223
Bu İl: 259735
Ümumi: 1280156
1280156