01 İyul 2021 10:18 XƏBƏRLƏR Baxış sayı : 922
Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 5 yanvar tarixli, 2408 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində, həmçinin İdarənin tabeliyində fəaliyyət göstərən təşkilatlarda dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.
Növbəti tədbir 30 iyun 2021-ci il tarixində Dövlət Arxivinin Gəncə filialında təşkil edilmişdir. Filialın təşkilatçılığı ilə keçirilmiş tədbirdə Azərbaycan Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsinin sədri Ülviyyə Vəliyeva, Gəncə Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Səba Namazova , Gəncə Şəhər Kəpəz Rayon Bələdiyyəsinin sədr müavini Elşad Məmmədov, Maliyyə şöbəsinin müdiri Səbuhi Kərimov, Gəncə şəhər Mirbəşir Qasımov adına 23 saylı tam orta məktəbin müəllimi İradə Mursaqulova və həmin məktəbin şagirdləri iştirak etmişlər.
Nizami Məqbərəsinin ziyarəti ilə başlayan tədbirdə dahi şair və mütəfəkkirin qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaratmasından, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirməsindən söhbət açılmışdır. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”sinin dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayandığı vurğulanmış və şairin özündən sonra böyük bir ədəbi məktəbin bünövrəsini qoyduğu qeyd edilmişdir.
Nizami Gəncəvinin ölkəmizdə keçirilən yubileyləri və bu barədə Dövlət Arxivinin Gəncə filialında mühafizə edilən sənədlər barədə filialın direktoru Eleonora Süleymanova tədbir iştirakçılarına məlumat vermişdir.
Sonda Nizami Gəncəvinin qəzəllərindən parçalar ifa edilmişdir.
Bugün: | 686 |
Dünən: | 1014 |
Bu həftə: | 5852 |
Son həftə: | 6066 |
Bu Ay: | 19748 |
Son Ay: | 28223 |
Bu İl: | 260789 |
Ümumi: | 1281210 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az