Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Gəncə filialında Şəhid ailələri ilə görüş keçirilmişdir

          29 oktyabr 2021-ci il tarixində keçirilən görüşdə əsasən Gəncə şəhərindən olan Vətən Müharibəsi Şəhidlərinin ailələri iştirak etmişdirlər.

            Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Arxivi Gəncə filialının direktoru Eleonora Süleymanova  çıxış edərək bildirmişdir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusunun qəhrəman zabit və əsgərləri 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşmüş, adlarını Vətən tarixinə qızıl hərflərlə yazdırmışlar.  

            Torpaqlarımızın bütövlüyü uğrunda vuruşmuş və Şəhidlik zirvəsinə ucalan qəhrəman oğul və qızlarımızın daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğu vurğulanmış, cəbhədə vuruşan qəhrəman hərbçilərimizlə yanaşı eməni terroruna məruz qalmış mülki əhalinin eləcə də Gəncə şəhıərinin bir neçə dəfə bombalanması və dinc əhali arasndan itkilərin olması qeyd edilmişdir. Natiq tarixi Qələbənin Şəhidlərin qanı bahasına əldə edildiyini vurğulamış və belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə və övladlarının şəhadətə yüksəlmə xəbərini qürur hissi ilə qarşıladıqlarına görə Şəhid ailələrinə minnətdarlığını bildirmişdir.

             Dövlətimizin və xalqımızın hər zaman Şəhidlərin əziz xatirəsini uca tutacağını və Şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağı diqqətə çatdırılmışdır. Görüşdə Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və onlar haqqında məlumatın gələcək nəsillərə ötürülməsi məqsədilə arxivləşdirilməsi üçün şəxsi sənədlərin və foto albomların filiala təqdim edilməsi təklif olunmuşdur. 

 


Bugün: 1188
Dünən: 1212
Bu həftə: 7726
Son həftə: 6288
Bu Ay: 19296
Son Ay: 26944
Bu İl: 93461
Ümumi: 1406045
1406045