Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Gəncə filialında tələbələr üçün açıq dərs - eksursiya keçirilmişdir

          21 aprel 2021-ci il tarixində Dövlət Arxivinin Gəncə filialında  1 №li Gəncə Peşə məktəbinin 1-ci kurs tələbələrinə  “Dövlət və bələdiyyə  orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkili” mövzusunda açıq dərs-ekskursiya keçirilmişdir.

            Sözügedən mövzuda filialın direktoru Eleonora. Süleymanova çıxış edərək sahə üzrə normativ hüquqi aktların tələblərini, dövlət arxivlərinin əsas iş qaydalarını dinləyicilərə izah etmiş, sənədlərin dövlət arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi, elektronlaşdırılması haqqında məlumat vermişdir.

            Arxivdə sənədlərin mühafizə şəraiti əyani olaraq tələbələrə nümayiş etdirilimiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

 

 

 

 

 


Bugün: 534
Dünən: 1678
Bu həftə: 2212
Son həftə: 14312
Bu Ay: 40029
Son Ay: 55392
Bu İl: 192068
Ümumi: 1885993
1885993