Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Gəncə filialında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

Tədbirdə Dövlət Arxivi Gəncə filialının direktoru Eleonora Süleymanova və filialın kollektivi, Gəncə Dövlət Universitetinin Ümumi Tarix Kafedrasının baş müəllimi Yəhya Süleymanov, Gəncə şəhər 23 nömrəli tam orta məktəbin müəllimi İradə Mursaqulova və şagirdləri, həmçinin Gəncə şəhər Uşaq Evinin kollektivi iştirak etmişdirlər.

Dövlət Arxivi Gəncə filialının direktoru Eleonora Süleymanova tədbiri açıq elan edərək Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat vermişdir. Ulu Öndərin ölkəmizin həyatında oynadığı müstəsna roldan, gənc nəslin təlim və tərbiyəsində, vətənpərvərlik ruhunda böyüdülməsi istiqamətində gördüyü işləri minnətdarlıqla qeyd etmişdir.  

Daha sonra şagirdlər Heydər Əliyevə həsr olunmuş şeir və mahnılar ifa etdilər.

              Tədbirin sonunda iştirakçılar Fəxri Fərman və Təşəkkürnamələrlə təltif olundular.


Bugün: 617
Dünən: 552
Bu həftə: 4542
Son həftə: 6569
Bu Ay: 23554
Son Ay: 25580
Bu İl: 236372
Ümumi: 1256793
1256793