Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Gəncə Filialında "Vətən Müharibəsi Şəhidləri-Zəfərimizin Qəhramanları" adlı arxiv fondunun sənədlərinin təqdimatı və Zəfər Gününə həsr olunmuş tədbir keçirilmişdir.

 

4 noyabr 2022-ci il tarixinkeçirilən tədbirdə   Gəncə şəhidlərinin valideynləri, Gəncə şəhər Uşaq Evinin sakinləri,  Gəncə şəhər N.Rəfibəyli adına  43 saylı tam orta məktəbin müəllim və şagirdləri, Gəncə şəhər 2 saylı Uşaq-Gənclər İdman Məktəbinin Cüdo üzrə məşqçi müəllimi Məmmədova Çiçək Məmməd qızı və yetirmələri, Gəncə Dövlət Universitetinin müəllimi Yahya Süleymanov iştirak etmişdirlər.

Tədbir Dövlət Himninin sədaları altında açıq elan olunmuşdur. Filialın əməkdaşları və Yayha Süleymanovun Vətən müharibəsi mövzusunda çıxışları dinlənildikdən sonra söz Gəncə Şəhər Uşaq Evinin kiçik fidanlarına verilmiş, onlar da öz növbələrində Şəhid valideynləri üçün hazırladıqları şeir və səhnəciklərlə çıxış etmişdirlər. Daha sonra isə 43 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı Bayraq rəqsi izlənilmiş, 2 saylı Uşaq-Gənclər İdman Məktəbinin şagirdlərinin Şəhidlər haqqında esseləri təqdim olunmuşdur.  Şagirdlərin çəkdiyi rəsmlər filiala hədiyyə edilmişdir. 

Görüşün sonunda isə Filial rəhbərliyi tərəfindən tədbir iştirakçılarına Təşəkkürnamə təqdim olunmuşdur.

 

 


Bugün: 789
Dünən: 1212
Bu həftə: 7327
Son həftə: 6288
Bu Ay: 18897
Son Ay: 26944
Bu İl: 93062
Ümumi: 1405646
1405646