Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Lənkəran filialı, Masallı rayon Dövlət Arxivi və Masallı regional “ASAN Xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə seminar keçirilmişdir

        Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 05 sentyabr tarixli 706 nömrəli Sərəncamının 5.9-cu bəndinin tələblərinə əsasən Milli Arxiv İdarəsi “ASAN Xidmət” Mərkəzlərində “hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsi” xidmətinin göstərilməsi və xidmət keyfiyyətinin daha da artırılması, informasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirir.

         Növbəti tədbir İdarənin dəstəyi ilə Dövlət Arxivinin Lənkəran filialı, Masallı rayon Dövlət Arxivi və Masallı regional “ASAN Xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutmuşdur. 13.04.2021-ci il tarixində Masallı “ASAN Xidmət” Mərkəzində təşkil edilmiş seminarda ARDA Lənkəran filialının direktoru R. Rzayev, Masallı rayon Dövlət Arxivinin müdiri D. Nəzərov, Masallı “ASAN Xidmət” Mərkəzinin direktoru V. Muxtarov və aidiyyəti əməkdaşlar iştirak etmişlər.

        Seminarda hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq ol   unmuş surətlərinin verilməsi xidməti üzrə mövcud problemlər, onların aradan qaldırılması yolları, xidmət üzrə normativ hüquqi aktların tələbləri və vətəndaş məmnuniyyətinin artırılması istiqamətində müzakirələr aparılmışdır.  Masallı rayon Dövlət Arxivinin müdiri D.Nəzərov vətəndaşların hüquqi və qanuni mənafelərini təmin edəcək sosial-hüquqi xarakterli informasiya daşıyıcısı olan arxiv sənədləri barədə geniş məlumat vermiş, sorğuların qəbulu zamanı diqqət yetirilməli olan axtarış məlumatlarının vacibliyini vurğulamışdır.

             Seminar diskusiya və açıq müzakirə formatında davam etmişdir.

 


Bugün: 590
Dünən: 1014
Bu həftə: 5756
Son həftə: 6066
Bu Ay: 19652
Son Ay: 28223
Bu İl: 260693
Ümumi: 1281114
1281114