13 Dekabr 2021 07:33 XƏBƏRLƏR Baxış sayı : 634
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivi Lənkəran filialının 2021- ci ilin İş planına uyğun olaraq filialın və V.Əliyev adına 4 № li humanitar təmayüllü məktəb- liseyin birgə təşkilatçılığı ilə yuxarı sinif şagirdlərinin filiala ekskursiyası təşkil olunmuşdur.
09 dekabr 2021-ci il tarixində adıçəkilən məktəb-liseyin direktoru Yeganə Əsgərova və direktor müavini İlqar İsmayılovun rəhbərliyi ilə təşkil olunmuş ekskursiyada ARDA Lənkəran filialının direktoru Rəfail Rzayev şagirdlər qarşısında çıxış edərək arxivin əsas iş fəaliyyəti istiqamətləri o cümlədən filialın əhatə etdiyi Astara, Lerik, Yardımlı və Masallı rayon dövlət arxivləri haqqında, həmçinin sənədlərin dövlət arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi, rəqəmsallaşdırılması və elektron xidmətlər haqqında ətraflı məlumat vermişdir.
Daha sonra filialın arxivçisi Afaq Hüseynova şagirdləri arxivdə sənədlərin mühafizə şəraiti ilə əyani tanış etmiş, onları maraqlandıran sualları cavablandırılmışdır.
Bugün: | 737 |
Dünən: | 1014 |
Bu həftə: | 5903 |
Son həftə: | 6066 |
Bu Ay: | 19799 |
Son Ay: | 28223 |
Bu İl: | 260840 |
Ümumi: | 1281261 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az