Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Lənkəran filialına məktəblilərin növbəti ekskursiyası təşkil olunmuşdur

         Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivi Lənkəran filialının 2022 - ci ilin İş planına uyğun olaraq  filialın və Rasim Məmmədov adına 5 nömrəli orta məktəbin və Teymurbəy Bayraməliyev adına 2 nömrəli tam orta məktəbin birgə  təşkilatçılığı ilə yuxarı sinif şagirdlərinin filiala ekskursiyası təşkil  olunmuşdur.

        13 və 14 dekabr 2022-ci il tarixlərində adıçəkilən məktəblərin direktorları Bəsirə Əzimova və Gülnarə Seyfullayevanın rəhbərliyi ilə təşkil olunmuş ekskursiyalarda ARDA Lənkəran filialının  direktoru Rəfail Rzayev şagirdlər qarşısında çıxış edərək  arxivin əsas iş fəaliyyəti istiqamətləri o cümlədən  filialın əhatə etdiyi Astara, Lerik, Yardımlı və Masallı rayon dövlət arxivləri haqqında, həmçinin sənədlərin dövlət  arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi,  rəqəmsallaşdırılması və  elektron xidmətlər haqqında ətraflı məlumat vermişdir.

              Daha sonra filialın arxivçisi Afaq Hüseynova şagirdləri  arxivdə sənədlərin mühafizə şəraiti ilə  əyani tanış etmiş, onları maraqlandıran sualları cavablandırılmışdır. 

 

 


Bugün: 53
Dünən: 1014
Bu həftə: 5219
Son həftə: 6066
Bu Ay: 19115
Son Ay: 28223
Bu İl: 260156
Ümumi: 1280577
1280577