Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Lənkəran filialında Lənkəran Sosial və Aqrar Texnoloji Kollecin tələbələri üçün açıq dərs-ekskursiya keçirilmişdir

            25 may 2022-ci il tarixində Dövlət Arxivinin Lənkəran filialında Lənkəran Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Lənkəran Sosial və Aqrar Texnoloji Kollecin “Arxiv işi və kargüzarlıq”  ixtisası üzrə təhsil alan III kurs tələbələrinin iştirakı ilə açıq dərs-ekskursiya keçirilmişdir.

            Filialın direktoru Rəfail Rzayev tələbələr qarşısında çıxış edərək sahə üzrə normativ hüquqi aktların tələblərini, dövlət arxivlərinin əsas iş qaydalarını dinləyicilərə izah etmiş, sənədlərin mühafizəsi, uçotu, komplektləşdirilməsi, istifadəsi, rəqəmsallaşdırılması və göstərilən elektron xidmətlər haqqında məlumat vermişdir.

            Eyni zamanda tələbələrə Dövlət Arxivinin Lənkəran filialı və onun əhatə etdiyi Astara, Lerik, Yardımlı və Masallı rayon dövlət arxivləri haqqında məlumat verilmişdir. Sonra sənədlərin mühafizəsi şəraiti əyani olaraq tələbələrə nümayiş etdirilmişdir.

            Daha sonra tələbələrə Milli Arxiv İdarəsi tərəfindən son dövrlərdə nəşr edilmiş vəsaitlər barədə məlumat verilmişdir.  

              Filialın əməkdaşları A. Hüseynova və C. Babazadənin rəhbərliyi ilə açıq dərs sahələr üzrə məşğələ formasında davam etdirilmişdir.

 


Bugün: 535
Dünən: 1014
Bu həftə: 5701
Son həftə: 6066
Bu Ay: 19597
Son Ay: 28223
Bu İl: 260638
Ümumi: 1281059
1281059