Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Lənkəran filialında tələbələr üçün açıq dərs-ekskursiya keçirilmişdir

           27-28 aprel 2021-ci il tarixlərində Dövlət Arxivinin Lənkəran filialında  Lənkəran Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələrinin və sözügedən universitetin nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-texnoloji Kollecin “Arxiv işi və kargüzarlıq” ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələrinin iştirakı ilə açıq dərs-ekskursiya keçirilmişdir.

           Filialın direktoru Rəfail Rzayev açıq dərs-eksurkiyalarda çıxış edərək sahə üzrə normativ hüquqi aktların tələblərini, dövlət arxivlərinin əsas iş qaydalarını dinləyicilərə izah etmiş, sənədlərin dövlət arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi, elektronlaşdırılması haqqında məlumat vermişdir.

          Arxivdə sənədlərin mühafizə şəraiti əyani olaraq tələbələrə nümayiş etdirilimiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

            Daha sonra filialın əməkdaşları A. Hüseynova, X. Nurullayeva, G. Mehrəliyeva, C. Babazadənin rəhbərliyi ilə açıq dərs sahələr üzrə məşğələ formasında davam etdirilmişdir.

 

 


Bugün: 901
Dünən: 1212
Bu həftə: 7439
Son həftə: 6288
Bu Ay: 19009
Son Ay: 26944
Bu İl: 93174
Ümumi: 1405758
1405758