12 İyun 2023 12:49 XƏBƏRLƏR Baxış sayı : 776
Dövlət Arxivinin Lənkəran filialında Lənkəran Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Lənkəran Sosial və Aqrar Texnoloji Kollecin “Arxiv işi və kargüzarlıq” ixtisası üzrə təhsil alan III kurs tələbələrinin iştirakı ilə açıq dərs-ekskursiya keçirilmişdir.
Filialın direktoru Camal Babazadə tələbələr qarşısında çıxış edərək sahə üzrə normativ hüquqi aktların tələblərini, dövlət arxivlərinin əsas iş qaydalarını dinləyicilərə izah etmiş, sənədlərin mühafizəsi, uçotu, komplektləşdirilməsi, istifadəsi, rəqəmsallaşdırılması və göstərilən elektron xidmətlər haqqında məlumat vermişdir.
Eyni zamanda tələbələrə Dövlət Arxivinin Lənkəran filialı və onun əhatə etdiyi Astara, Lerik, Yardımlı və Masallı rayon dövlət arxivləri haqqında məlumat verilmişdir. Sonra sənədlərin mühafizəsi şəraiti əyani olaraq tələbələrə nümayiş etdirilmişdir.
Daha sonra filialın əməkdaşı A. Hüseynova və adıçəkilən kollecin müəllimi M. Həsənovanın rəhbərliyi ilə açıq dərs sahələr üzrə məşğələ formasında davam etdirilmişdir.
Bugün: | 653 |
Dünən: | 914 |
Bu həftə: | 4805 |
Son həftə: | 6066 |
Bu Ay: | 18701 |
Son Ay: | 28223 |
Bu İl: | 259742 |
Ümumi: | 1280163 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az