Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Quba filialına məktəblilərin ekskursiyası təşkil olunmuşdur

         Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivi Quba filialının 2021- ci il iş planına uyğun olaraq  filialın və Quba şəhər H.Hüseynov adına 4 saylı Humanitar fənlər təmayüllü məktəb-liseyin birgə təşkilatçılığı ilə yuxarı sinif şagirdlərinin filiala ekskursiyası təşkil edilmişdir.

            01 dekabr 2021-ci il tarixində  adıçəkilən məktəb-liseyin direktor müavini Gülnarə Niftəliyevanın rəhbərliyi ilə təşkil olunmuş eksursiyada ARDA Quba filialının direktoru Şirin Müzəffərov şagirdlər qarşısında çıxış edərək arxivin əsas fəaliyyət istiqamətləri o cümlədən, filialın əhatə etdiyi Siyəzən, Xaçmaz, Şabran və Qusar rayon dövlət arxivləri haqqında, həmçinin sənədlərin dövlət  arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi, rəqəmsallaşdırılması, elektron xidmətlər  barəsində ətraflı məlumat vermişdir. 

           Daha sonra şagirdlər arxivdə sənədlərin mühafizə şəraiti ilə əyani olaraq tanış olmuş və onları maraqlandıran suallar cavablandırılmışdır. 

 

 


Bugün: 145
Dünən: 977
Bu həftə: 1122
Son həftə: 7549
Bu Ay: 5055
Son Ay: 30229
Bu İl: 109449
Ümumi: 1422033
1422033