Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Salyan filialı tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sənəd sərgisi keçirilmişdir

Salyan rayonun Mərkəzləşdirilmiş Kitabxanasında keçirilən sərgidə filialın rəhbərliyi və əməkdaşları,  rayon həmkarlar təşkilatının rəhbərliyi,  kitabxananın kollektivi və 1 saylı tam orta məktəbin 11-ci sinif şagirdləri iştirak etmişdirlər.

Tədbiri açıq elan Dövlət Arxivi Salyan filialının direktoru Səkinə Məlikova Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında qısa məlumat vermiş, keçirilən sərgidə istifadə olunan sənədlərin əhəmiyyətini qeyd etmişdir.

Filialının arxivçisi Məlahət Sərdarova “Heydər Əliyev və arxiv işi” mövzusunda məruzə ilə çıxış edərək, sərgilənən sənədlərin hər biri haqqında geniş məlumat verərək bildirmişdir ki,  sərgidə istifadə olunan sənədlər Dövlət Arxivinin Salyan filialında daimi mühafizə edilən xüsusi qiymətli sənədlərdir.

          Daha sonra tədbir diskussiya şəklinə davam etdirilmişdir.  

 

 

 


Bugün: 23
Dünən: 802
Bu həftə: 3390
Son həftə: 6279
Bu Ay: 1695
Son Ay: 23672
Bu İl: 90668
Ümumi: 1111089
1111089