23 Dekabr 2022 08:32 XƏBƏRLƏR Baxış sayı : 750
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivi Salyan filialının 2022 - ci ilin İş planına uyğun olaraq filialda rayon ictimai xadimlərinin və müvafiq qurumların nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günü keçirilmişdir. Tədbirdə Mədəniyyət işçiləri Həmkarlar İttifaqı Salyan rayon komitəsinin sədri Vəfa Əbilova, Salyan Tarix Diyarşunaslıq Muzeyinin direktoru Rəfiqə Ağabəyli və əməkdaşı Fəxriyyə Miriyeva, Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri Səidə Əliyeva və Biləsuvar Regional Mədəniyyət İdarəsinin Salyan rayonu üzrə numayəndəsi Şamxal Əhmədov və filialın əməkdaşları iştirak etmişdir.
ARDA Salyan filialının direktoru Səkinə Məlikova qonaqlar qarşısında çıxış edərək arxivin əsas fəaliyyəti istiqamətləri o cümlədən filialın əhatə etdiyi Cəlilabad, Biləsuvar və Neftçala rayon dövlət arxivləri haqqında, həmçinin sənədlərin dövlət arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi, rəqəmsallaşdırılması və elektron xidmətlər haqqında ətraflı məlumat vermişdir.
Filialın əməkdaşları Məlahət Sərdarova və Sədəf Nəcəfova tərəfindən filalda mühafizə edilən arxiv sənədləri haqqında ətraflı məlumat verilmiş, qonaqların sualları cavablandırılmışdır.
Tədbir açıq diskussiya şəklində davam etmişdir.
Bugün: | 980 |
Dünən: | 914 |
Bu həftə: | 5132 |
Son həftə: | 6066 |
Bu Ay: | 19028 |
Son Ay: | 28223 |
Bu İl: | 260069 |
Ümumi: | 1280490 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az