Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Şəki filialında Şəki Dövlət Regional Kollecin tələbələrinin iştirakı ilə ekskursiya keçirilmişdir.

    02 iyun 2022-ci il tarixində Respublika Dövlət Arxivinin Şəki filialında Şəki Dövlət Regional Kollecin “Arxiv işi və karğüzarlıq “ixtisası üzrə təhsil alan III kurs tələbələrinin iştirakı ilə ekskursiya keçirilmişdir.

     Filialın direktoru Ehtiram Məmmədov tələbələr qarşısında çıxış edərək sahə üzrə normativ hüquqi aktların tələblərini, dövlət arxivlərinin əsas iş qaydalarını dinləyicilərə izah etmiş, sənədlərin mühafizəsi, uçotu, komplektləşdirilməsi, rəqəmsallaşdırılması və göstərilən elektron xidmətlər haqqında məlumat vermişdir.

      Eyni zamanda tələbələrə Dövlət Arxivinin Şəki filialı və onun əhatə etdiyi Oğuz, Qax, Zaqatala və Balakən rayon dövlət arxivləri haqqında məlumat verilmişdir. Sonra sənədlərin mühafizəsi şəraiti əyani olaraq tələbələrə nümayiş etdirilmişdir.   

 

                                


Bugün: 1125
Dünən: 1212
Bu həftə: 7663
Son həftə: 6288
Bu Ay: 19233
Son Ay: 26944
Bu İl: 93398
Ümumi: 1405982
1405982