05 May 2023 05:54 XƏBƏRLƏR Baxış sayı : 650
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli, 3494 nömrəli Sərəncamının icrası ilə əlaqədar Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş müvafiq “Tədbirlər Planı”na uyğun olaraq silsilə xarakterli tədbirlərin həyta keçirilməsi davam etdirilir.
Növbəti tədbir Dövlət Arxivinin Şəki filialında həyata keçirilmişdir. Filialın, həmçinin Şəki Regional kollecin, Şəki 20 №li tam orta məktəbin, Şəki Babaratma tam orta məktəbinin, Qaradağlı kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Dövlət Arxivi Şəki filialının direktoru Ehtiram Məmmədov çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat vermiş, onun xilaskarlıq missiyasının bügünkü güclü Azərbaycan Respublikasının əsasını təşkil etdiyini bildirmişdir.
Daha sonra çıxış edən pedaqoqlar Səlimova Rəşəngül, Məmmədova Brilyant, Rəfiyeva Leyla Heydər Əliyev irsinin gənc nəsillərə aşılanması, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyini vurğuladılar.
Sonda şagirdlərin ifasında Ulu Öndərə həsr olunmuş əbədi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Bugün: | 801 |
Dünən: | 914 |
Bu həftə: | 4953 |
Son həftə: | 6066 |
Bu Ay: | 18849 |
Son Ay: | 28223 |
Bu İl: | 259890 |
Ümumi: | 1280311 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az