22 Dekabr 2021 09:02 XƏBƏRLƏR Baxış sayı : 726
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivi Şəmkir filialının 2021-ci ilin İş planına uyğun olaraq filialın və Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbin birgə təşkilatçılığı ilə yuxarı sinif şagirdlərinin filiala ekskursiyası təşkil olunmuşdur.
Adıçəkilən məktəbin müəllimi Dürdanə Ələkbərovanın rəhbərliyi ilə təşkil olunmuş ekskursiyada ARDA Şəmkir filialının direktoru Elşən Quliyev şagirdlər qarşısında çıxış edərək arxivin əsas iş fəaliyyəti istiqamətləri o cümlədən filialın əhatə etdiyi Qazax, Tovuz, Ağstafa və Gədəbəy, rayon dövlət arxivləri haqqında, həmçinin sənədlərin dövlət arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi, rəqəmsallaşdırılması və elektron xidmətlər haqqında ətraflı məlumat vermişdir.
Daha sonra şagirdlər arxivdə sənədlərin mühafizə şəraiti ilə əyani tanış edilmiş, onları maraqlandıran sualları cavablandırılmışdır.
Bugün: | 726 |
Dünən: | 1014 |
Bu həftə: | 5892 |
Son həftə: | 6066 |
Bu Ay: | 19788 |
Son Ay: | 28223 |
Bu İl: | 260829 |
Ümumi: | 1281250 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az