Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Şirvan filialında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilmişdir

Dövlət Arxivi Şirvan filialında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  və Yeni il münasibətilə tədbir keçirilmişdir.  Tədbirdə filialın direktoru Vaqif Abbasov, Sabirabad rayon dövlət arxivinin müdiri İbrahim Abbasov, arxiv əməkdaşları və Şirvan şəhər 1 saylı liseyin şagirdləri iştirak etmişdirlər.

Yığıncaqda Həmrəylik günün tarixi haqqında çıxış edən V. Abbasov  Ulu Öndər Heydər Əliyevin tarixi fəaliyyəti haqqında məlumat vermişdir.  Bildirmişdir ki, məhz H.Əliyevin təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik gününün təsis olunması barədə qərar qəbul etmiş və bununla bağlı qanunvericilik aktının qəbul olunması  üçün ölkə parlamentinə - Ali Sovetə müraciət etmişdir.  Bundan cəmi 9 gün sonra Azərbaycan Respublikası Ali Sovetinin hər il dekabr ayının 31-nin  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə Qərar qəbul etmişdir.  Beləliklə bu tarix dünya azərbaycanlılarının  hər il yüksək sevinclə qeyd etdiyi milli bayrama çevrilmişdir.

Yığıncaqda çıxış edən natiqlər məruzə ətrafında öz fikir və mülahizələrini bildirmişlər.


Bugün: 499
Dünən: 914
Bu həftə: 4651
Son həftə: 6066
Bu Ay: 18547
Son Ay: 28223
Bu İl: 259588
Ümumi: 1280009
1280009