06 Mart 2023 07:57 XƏBƏRLƏR Baxış sayı : 643
03 mart 2023-cü il tarixində Dövlət Arxivinin Şirvan filialın komplektləşdirmə məbələrinin, o cümlədən Şirvan şəhərinin idarə, müəssisə və təşkilatlarının arxivçiləri üçün keçirilmiş təlimdə Şirvan şəhər İcra Hakimiyyəti aparatının Hüquq şöbəsinin məsləhətçisi Azər Hüseynov, Hacıqabul Rayon Dövlət Arxivinin müdiri Vüsal Nağıyev və Şirvan şəhərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların arxivçiləri eləcə də arxiv işinə məsul şəxsləri iştirak etmişdir.
23 təşkilatın nümayəndəsinin qatıldığı tədbirdə Dövlət Arxivi Şirvan filialının direktoru Nəsibə Məmmədova idarə, müəssisə və təşkilatlarda arxiv işinin təşkili, qanunvericilik, normativ hüuqi aktların tələbləri haqqında, o cümlədən “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası barədə məlumat vermiş, qəbul edilmiş yeni normativ hüquqi aktlar barəsində iştirakçıları məlumatlandırmışdır.
Daha sonra idarə, müəssisə və təşkilatlarda arxiv işində önə çıxan problemlər və onların həlli yolları, təşkilatlarda müddətdən artıq saxlanılan sənədlərin dövlət arxivinə təhvil verilməsi zamanı qarşıya çıxan çətinliklər, o cümlədən idarə arxivlərinin pasportlaşması və s. mövzular ətrafında diskussiya xarakterli müzakirələr aparılmış, suallar cavabalandırılmışdır.
Tədbirin sonunda iştirakçılar filialın oxu zalında 44 günlük Vətən Müharibəsi Şəhidlərinin əl işlərindən ibarət sərgi ilə tanış olmuşdurlar.
Bugün: | 900 |
Dünən: | 914 |
Bu həftə: | 5052 |
Son həftə: | 6066 |
Bu Ay: | 18948 |
Son Ay: | 28223 |
Bu İl: | 259989 |
Ümumi: | 1280410 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az