12 İyun 2023 10:02 XƏBƏRLƏR Baxış sayı : 637
Dövlət Arxivinin Şirvan filialının təşkilatçılığı ilə Şirvan şəhərində tanınmış şair, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə ilə görüş keçirilmşdir.
9 iyun Beynəlxalq Arxivlər günündə baş tutmuş tədbirdə Hacıqabul, Sabirabad, İmişli Rayon Dövlət Arxivlərinin, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının, Tarix Diyarşünaslıq Muzeyinin, Heydər Əliyev Mərkəzinin, Şirvan İdman və Gənclər İdarəsinin məsul nümayəndələri, Şirvan şəhər Peşə liseyi və Şirvan şəhər 18 saylı orta məktəbinin müəllim və şagirdləri, şəhər ziyalıları iştirak etmişdilər.
Görüşdə şairin yaradıcılığı haqqında Dövlət Arxivinin Şirvan filialının direktoru Nəsibə Məmmədova məlumat vermiş, “Bədii yaradıcılıq da gələcək üçün bir arxivdir” şüarı altında şairin bir neçə şeirini səsləndirmişdir.
Tədbirdə çəxış edən Qəşəm Nəcəfzadə oxucuların suallarını cavablandırmış, yeni şeirlərini oxumuş və kitablarını hədiyyə etmişdir.
İştirakçılar həmçinin Dövlət Arxivinin Şirvan filialında "Arxivlər yaddaş və irsdir" adlı sərgiyə baxış keçiriblər. Sərgi materialları filialda mühafizə olunan daimi saxlanma müddətli Şirvan (Əli Bayramlı) şəhərinin tarixini əks etdirən sənədlərdən, Şirvanın tanınmış ziyalılarına aid şəxsi mənşəli fondlar olan Akif Abbasov və Eldar Qəmərli yaradıcılığından nümunələr, Vətən müharibəsi şəhidlərinin şəxsi kolleksiyalarından ibarət olmuşdur.
Bugün: | 631 |
Dünən: | 914 |
Bu həftə: | 4783 |
Son həftə: | 6066 |
Bu Ay: | 18679 |
Son Ay: | 28223 |
Bu İl: | 259720 |
Ümumi: | 1280141 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az