07 Sentyabr 2022 02:57 XƏBƏRLƏR Baxış sayı : 771
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin təşkilatçılığı ilə ölkəmizin görkəmli ictimai-siyasi, ədəbiyyat və incəsənət xadimləri ilə görüşlərin, onların sənədlərinin şəxsi mənşəli fond olaraq dövlət mühafizəsinə qəbulu işinin davamı olaraq Dövlət Arxivinin Şirvan filialında Azərbaycan Respublikası Təhsil İnstitutunun elmi katibi və institutun orqanı olan “Elmi əsərlər”in baş redaktoru, Bakı Qızlar Universitetinin “Elmi əsərlər”inin baş redaktor müavini, Azərbaycan Jurnalistlər və Yazıçılar birliyinin üzvü professor Akif Nurağa oğlu Abbasovla görüş keçirilib.
Görüşdə Akif Abbasov ilə yanaşı Şirvan şəhər “İşıq” qəzetinin baş redaktoru, Ağsaqqallar şurasının sədri Faxrəddin Rəhimov da iştirak edib. Tədbirdə Dövlət Arxivinin Şirvan filialının direktor vəzifəsini müvəqqəti icra edən Nəsibə Məmmədova şəxsi mənşəli fondlar və sənədlərin dövlət mühafizəsinə verilməsinin əhəmiyyəti haqqında danışıb.
O, Akif Abbasovun 5 romanın, 3 povestin, 2 pyesin və bir çox hekayə kitablarının, eləcə də “İngiliscə-azərbaycanca pedoqoji-psixoloji lüğət ” və “Azərbaycanca-ingiliscə pedoqoji –psixoloji terminlər lüğəti”nin müəllifi olduğunu qeyd edib.
Çıxışının sonunda Elmi və bədii yaradıcılığına aid sənədlərini Şirvan filialına təqdim etdiyi üçün dəyərli professora kollektiv adından təşəkkürünü bildirib və portret xalçasını xatirə hədiyyəsi olaraq Dövlət Arxivinin Şirvan filialına hədiyyə edən Akif Abbasova təşəkkür edib.
Bugün: | 329 |
Dünən: | 1014 |
Bu həftə: | 5495 |
Son həftə: | 6066 |
Bu Ay: | 19391 |
Son Ay: | 28223 |
Bu İl: | 260432 |
Ümumi: | 1280853 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az