05 May 2023 06:32 XƏBƏRLƏR Baxış sayı : 603
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli, 3494 nömrəli Sərəncamının icrası ilə əlaqədar Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş müvafiq “Tədbirlər Planı”na uyğun olaraq silsilə xarakterli tədbirlərin həyta keçirilməsi davam etdirilir.
Növbəti tədbir - "Açıq qapı günü" Dövlət Arxivinin Şirvan filialında rayon ziyalılarının, o cümlədən filial rəhbərliyinin və əməkdaşlarının, Saatlı rayon Dövlət Arxivinin müdiri Gülağa Abışovun, Hacıqabul rayon Dövlət Arxivinin müdiri Vüsal Nağıyevin iştirakı ilə baş tutmuşdur.
Dövlət Arxivi Şirvan filialının direktoru Nəsibə Məmmədova tədbiri açıq elan edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat vermiş, onun Azərbaycan xalqının ictimai –siyasi və milli mənəvi həyatında tarixi rolundan danışmışdır. Natiq qeyd etmişdir ki, tarixi keçmişimizin həqiqətlərini özündə əks etdirən arxiv sənədlərinin qorunub –saxlanılaraq gələcək nəsillərə çatdırılmasının zəruriliyinin ön plana çəkilməsi, Azərbaycanda arxiv işinin daha da mütəşəkkil qaydada aparılmasının təşkili məhz Ulu Öndərin uzaqgörənliyinin nəticəsidir.
Tədbirdə iştirak edən Şair Yaqub Salman, ziyalılar Mehriban Əliyeva, Zenfira Məmmədova çıxış edərək Heydər Əliyevlə bağlı xatirələrini fəxarət hissi ilə iştirakçılarla bölüşmüşdülər. Şəhərin qabaqcıl müəllimləri Rasim Xəlilov və Əbil Əhmədov çıxış edərək Ulu Öndərin dövlət quruculuğu sahəsində göstərdiyi misilsiz xidmətləri vurğuladılar.
Daha sonra xatirə şəkli çəkdirilmişdir.
Bugün: | 837 |
Dünən: | 817 |
Bu həftə: | 837 |
Son həftə: | 6197 |
Bu Ay: | 6109 |
Son Ay: | 25580 |
Bu İl: | 218927 |
Ümumi: | 1239348 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az