Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin və İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir

15 yanvar 2020-ci il tarixində baş tutan tədbir “20  Yanvar faciəsinin 30-cu ildönümü haqqında”  Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 dekabr tarixli  Sərəncamına, Prezident Administrasiyasının rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı"na uyğun olaraq,  Milli Arxiv İdarəsi tərəfindən verilmiş müvafiq əmrə əsasən təşkil edilmişdir.

Tədbirdə millət vəkili, tarix elmləri doktoru, professor Fəzail İbrahimli,  AMEA Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov,  general-leytenant Yaşar Aydəmirov,  Milli Qvardiyanın əsgərləri, İstiqlal Muzeyinin əməkdaşları, AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Almaz Ülvi və 20 Yanvar şəhidi İlqar İbrahimov adına 167 saylı orta məktəbin şagirdləri, həmçinin Dövlət Arxivinin, Dövlət Elm və Texnika Sənədləri Arxivinin, Dövlət Səs Yazıları Arxivinin kollektivi iştirak edirdi.

Dövlət Arxivinin dəhlizində 20 yanvar hadisələrinə həsr olunmuş sərgi tədbir iştirakçıların ixtiyarına verilmişdi.

Tədbirdə çıxış edən natiqlər 20 yanvar faciəsinin xalqımızın hüzn və qəhrəmanlıq səhifəsi olduğunu, faciənin tarixi kökləri, səbəbləri və nəticələri barədə fikir və mülahizələrini bildirmişlər.   

Tədbirin sonunda 20 yanvar faciəsini əks etdirən kinosənədlər nümayiş etdirilmiş, şagirdlər vətənpərvərlik ruhunda şeirlər söyləmişlər.    

 

    


Bugün: 996
Dünən: 914
Bu həftə: 5148
Son həftə: 6066
Bu Ay: 19044
Son Ay: 28223
Bu İl: 260085
Ümumi: 1280506
1280506