Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Elm və Texnika Sənədləri Arxivinə şagirdlərin ekskursiyası təşkil olunmuşdur

             Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Elm və Texnika Sənədləri Arxivinin 2023-cü ilin iş planına uyğun olaraq Arxivin və Bakı şəhəri Yasamal rayonu İlqar İbrahimov adına 167 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə yuxarı sinif şagirdlərinin filiala ekskursiyası təşkil olunmuşdur.

            Arxivin şöbə müdiri Səadət Cabbarova, aparıcı arxeoqrafı Müzahim Ələkbərov, arxeoqraf Rəna Namazova şagirdlər qarşısında çıxış edərək, arxivin əsas iş fəaliyyəti istiqamətləri, həmçinin sənədlərin dövlət arxivinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi, rəqəmsallaşdırılması və elektron xidmətlər haqqında ətraflı məlumat vermişdir.

               Şagirdlər arxivdə sənədlərin mühafizə şəraiti ilə əyani tanış edilib, onları maraqlandıran suallar cavablandırılmışdır. Daha sonra onlar Dövlət Səs Yazıları Arxivi və Mərkəzi Laboratoriyanın fəaliyyəti ilə də tanış olmuşdurlar. 

 


Bugün: 351
Dünən: 821
Bu həftə: 6322
Son həftə: 7549
Bu Ay: 10255
Son Ay: 30229
Bu İl: 114649
Ümumi: 1427233
1427233