Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Kino-Foto Sənədləri Arxivinə yeni sənədlər təhvil verilmişdir.

         Dövlət Kino-Foto Sənədləri Arxivinə Ağdaş (294 sax.vah. foto), Sabirabad (29 sax.vah.foto), Xaçmaz (136 sax.vah.foto), Zərdab (475 sax.vah.foto, 1 sax.vah. kino), Göyçay (16 sax.vah.foto), Gəncə (8 sax.vah.foto, 1sax.vah.kino), Biləsuvar (12 sax.vah.foto, 1sax.vah.kino), Qusar (356 sax.vah.foto) rayonlarından kino-foto sənədlər daxil olmuşdur. Həmin sənədlər son on ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarına uyğun olaraq rayonlarda görülən işlərin ümumi həcmini göstərir.

        Tarixi əhəmiyyətli 1324 saxlama vahidi kino-foto sənəd yuxarıda qeyd olunan rayonlarda məktəblərin, səhiyyə ocaqlarının, idman komplekslərinin, zavod və fabriklərin, kənd təsərrüfatı və sənayeyə aid emal müəssisələrinin, avtomobil yollarının, dəmiryol vağzallarının, mədəniyyət evlərinin, muzeylərin, abidələrin, parkların, qaz, su,elektrik xətlərinin, turizm infrastrukturunun, otellərin, istirahət mərkəzlərinin əsaslı cəhətdən yenidən qurulmasını, tikilməsini və istifadəyə verilməsini əks etdirir.


Bugün: 368
Dünən: 874
Bu həftə: 6106
Son həftə: 7006
Bu Ay: 368
Son Ay: 30801
Bu İl: 135563
Ümumi: 1448147
1448147