Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Kino-Foto Sənədləri Arxivinin sənədləri “Bakı metropoliteni-55 - Yolları qovuşduran illər” adlı sərgidə geniş işıqlandırılmışdır

          27 oktyabr 2022-ci il tarixində “Gənclik” stansiyasının keçidlərində açılan və Bakı metropoliteninin 55 illik tarixinə həsr olunmuş sərginin təşkilatçıları  Dövlət İnformasiya Agentliyi - AZƏRTAC və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin tabeliyindəki Dövlət Kino-Foto Sənədləri Arxivi olmuşdur.

            Paytaxtın bu ictimai nəqliyyat növünün sərnişindaşıma xidmətinin və metro inşaatının  tarixini əks etdirən məqamları sərginin 92 stendində xronoloji ardıcıllıqla 117 nadir fotoşəkillərlə təqdim olunmuşdur. Hər stenddə onillik üzrə təqdim olunan metropolitenin tarixi təsvirində izləyicilərə müfəssəl məlumat almaq imkanı yaradılmışdır.

            Sərginin açılışında iştirak edən “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov təşkilatçılara sərginin təşkilində əməyini əsirgəməyən AZƏRTAC-a, Milli Arxiv İdarəsinə və Dövlət Kino-Foto Sənədləri Arxivinə təşəkkürünü bildirmişdir. H.Məmmədov qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində bu sərgi dahi şəxsiyyəti ölçüyəgəlməz rəhbər kimi bir daha ictimaiyyətə yaxından tanıtdıracaq. Çünki Bakı metrosu Sovetlər dönəmindəki qısqanc münasibətlərə məhz Onun timsalında sinə gərə bilib, böyüyüb və bu gün şəhərin nəqliyyat nəfəsliyinə çevrilmişdir.

            Tədbirdə Milli Arxiv İdarəsi aparatının Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri, İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov şəhər üçün xüsusi əhəmiyyətə malik və zəngin tarixi olan sərginin təşkilində təmsil etdiyi qurumun məmnuniyyətlə iştirak etdiyini vurğulamış, Kino-Foto Sənədləri Arxivinin nadir inciləri sırasında olan 1950-60-cı illərdə  metro tikintisini əks etdirən fotoların əbədi irs kimi bu nəhəng yeraltı şəhərin tarixinə işıq saldığını, onu əbədiləşdirdiyini bildirmişdir.

            AZƏRTAC-ın İdarə Heyətinin üzvü Fuad Qədilli ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində və Bakı metropoliteninin 55 illik yubileyi ilə əlaqədar keçirilən sərginin Azərbaycanın nəqliyyat tarixində, cəmiyyətin həyatında mühüm rol oynadığını qeyd etmişdir.

            “Azərpoçt”-un marka şöbəsinin rəisi Sitarə Sadıqova çıxış edərək Bakı metropoliteninin şəhərin ictimai nəqliyyat sahəsində xüsusi rola malik olduğunu qeyd etmişdir. Bu xüsusda yeraltı nəqliyyatın 55 illiyinə həsr olunmuş markaların dövriyyəyə buraxılması əlamətdar hadisəd olduğunu vurğulamışdır.

             Daha sonra fotostendlərlə tanışlıq olmuşdur.  

 

Fotolar metro.gov.az saytından və AZƏRTAC-dan götürülmüşdür. 


Bugün: 184
Dünən: 1014
Bu həftə: 5350
Son həftə: 6066
Bu Ay: 19246
Son Ay: 28223
Bu İl: 260287
Ümumi: 1280708
1280708