15 Mart 2023 07:15 XƏBƏRLƏR Baxış sayı : 916
"Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2022-ci il tarixli, 1815 nömrəli Sərəncamından irəli gələn tapşırıqlara uyğun olaraq dövlət qurumları, idarə müəssisə və təşkilatlarda arxiv işinin müasir tələblər çərçivəsində qurulması, bu sahədə qanunvericiliyin tələblərinin qorunması istiqamətində müvafiq tədbirlər həyata keçirilməkdədir.
“Dövlət Proqramı”nda nəzərə tutulan tədbirlərin icrası, o cümlədən arxiv işinin təşkili, arxiv sənədlərinin mühafizəsi, qeydiyyatı, istifadəsi, rəqəmsallaşdırılması sahəsində təcrübələrin öyrənilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin bir qrup əməkdaşı 9-10 mart 2023-cü il tarixlərində Milli Arxiv İdarəsində və Respublika Dövlət Arxivlərində olmuşdurlar.
Xidmətin arxiv işinə məsul əməkdaşları Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulovun qəbulunda olmuş, yaradılmış şəraitə görə öz minnətdarlıqlarını bildirmişdirlər. Milli Arxiv İdarəsi ilə Dövlət Sərhəd Xidməti arasında işgüzar əlaqələrin, arxiv işi sahəsində qanunvericiliklə tənzimlənən münasibətlərin, o cümlədən Dövlət Sərhəd Xidmətinin aparatının inzibati binasında yaradılmış "Siyasi represiya qurbanları muzeyi"nin təşkilində, dövlət sərhədlərinin delimitasiyası və demorkasiyası üzrə arxiv sənədlərinin Dövlət Komissiyasına təqdim olunması istiamətində görülən işlər qeyd edilmişdir.
Daha sonra İdarə aparatının müvafiq şöbələrində, həmçinin Respublika Dövlət Arxivlərində ayrı-ayrılıqda görüşlərt əşkil edilmiş, müvafiq sahələr üzrə təcrübə mübadiləsi həyata keçirilmişdir.
Görüş zamanı arxiv işinin təşkilinə dair müvafiq normativ aktlar, təlimatlar, o cümlədən son dövrlərdə İdarə tərəfindən nəşr edilmiş sənəd topluları, göstəricilər və digər vəsaitlər Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına təqdim olunmuşdur.
Bugün: | 917 |
Dünən: | 914 |
Bu həftə: | 5069 |
Son həftə: | 6066 |
Bu Ay: | 18965 |
Son Ay: | 28223 |
Bu İl: | 260006 |
Ümumi: | 1280427 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az