28 Dekabr 2021 12:07 XƏBƏRLƏR Baxış sayı : 1072
2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli müvafiq Sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilmişdir.
Sözügedən Sərəncamın icrasını təmin etmək məqsədilə müvafiq tədbirlərin keçirilməsi, Dövlət Arxivlərində mühafizə edilən və Nizami Gəncəvi irsini, onun öyrənilməsini, təbliğini əks etdirən arxiv sənədlərinin seçilməsi və ictimaiyyətə çatdırılması istiqamətində işlərin görülməsi müvafiq olaraq Milli Arxiv İdarəsinin iş planına daxil edilmişdir.
Bu istiqamətdə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin tabeliyində fəaliyyət göstərən Dövlət Səs Yazıları Arxivi tərəfindən hazırlanmış “Nizami Gəncəvi – 880” adlı sənədli videoxülasədə dahi Azərbaycan şairi, mütəfəkkir Nizami Gəncəvi irsinin yaşadılması və təbliği məqsədilə həyata keçirilmiş elmi, mədəni-kütləvi tədbirlərə, görkəmli elm və mədəniyyət xadimlərinin Nizami yaradıcılığı barəsində söylədikləri fikirlərə yer verilmişdir.
Geniş ictimaiyyətə təqdim edilən sənədli videoxülasə Dövlət Səs Yazıları Arxivində mühafizə edilən fono və video sənədləri əsasında hazırlanmışdır. Sözügedən xülasədə sənədlərin bəziləri ilk dəfə elmi ictimaiyyətə təqdim edilir. Sənədlər əsasən dahi Nizami Gəncəvinin 800, 840 illik yubileylərinin keçirilməsi, Nizami Gəncəvinin heykəlinin Bakıda ucaldılması vəs. haqqındadır.
Xronoloji ardıcıllıla verilən sənədlər haqqında məlumat başlıqlarla açıqlanmışdır. Sözügedən videoxülasə Milli Arxiv İdarəsnin rəsmi YouTube səhifəsinə yerləşdirilmişdir.
Bugün: | 724 |
Dünən: | 1014 |
Bu həftə: | 5890 |
Son həftə: | 6066 |
Bu Ay: | 19786 |
Son Ay: | 28223 |
Bu İl: | 260827 |
Ümumi: | 1281248 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az