Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Səs Yazıları Arxivində “Arxiv işinin təşkili, sənədlərin mühafizəsinin təmin edilməsi və elmi məlumat aparatının yaradılması” mövzusunda seminar-müşavirə təşkil edilmişdir.

 Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivində  arxivin təşəbbüsü ilə “Arxiv işinin təşkili, sənədlərin mühafizəsinin təmin edilməsi və elmi məlumat aparatının yaradılması” mövzusunda seminar-müşavirə təşkil edilmişdir. Seminarda arxivin rəhbərliyi və kollektivi, Milli Arxiv İdarəsinin Təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Həbib Həsənov və Gülnar Təhməzli, həmçinin ADNSU-nun nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecinin “Arxiv işi və kargüzarlıq” ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri iştirak etmişldirlər. Seminar-müşavirəni giriş sözü ilə arxivin direktoru Xalidə Fərəcullayeva açaraq mövzu üzrə çıxış etmişdir. Sonra mövzu üzrə İdarənin əməkdaşları H.Həsənov və G.Təhməzli çıxış etmiş və tələbələrin suallarını cavablandırmışlar.

Daha sonra İdarə əməkdaşları tərəfindən Milli Arxiv İdarəsinin Elektron Hesabatlar Sistemində olan müvafiq göstəricələrə əsasən arxivin 2022-ci ilin 1-ci rübü üzrə hesabat məlumatlarının icra vəziyyətinə baxış keçirilmiş, müvafiq tövsiyələr verilmişdir.

   


Bugün: 1211
Dünən: 1212
Bu həftə: 7749
Son həftə: 6288
Bu Ay: 19319
Son Ay: 26944
Bu İl: 93484
Ümumi: 1406068
1406068