Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 470 saxlama vahidi foto sənəd və 17 saxlama vahidi kino sənəd Dövlət Kino–Foto Sənədləri Arxivinə  təhvil verilib.

Kino – foto sənədlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və onun tabeçiliyində olan xidmət və departamentlərin fəaliyyətini əks etdirir.Tarix üçün əhəmiyyətli olan kino – foto sənədlər – Milli Geoloji Kəşfiyyat Xidmətinin, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin, Meşələrin İnkişafı Departamentinin, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin, Milli Hidrometeorologiya Departamentinin, Su Hövzələrində Bioloji Resursların Artması və Mühafizə Olunması Departamentinin, Xəzər Sahil Sularına Ekoloji Nəzarət və Mühafizə Mərkəzinin, “Azəryaşlandşaft” ASC- nin fəaliyyətini əks etdriən foto – kino materiallardan ibarətdir.

      Hal – hazırda Arxivdə qəbul edilmiş sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənəd haqqında müfəssəl məlumat bazası hazırlanır.


Bugün: 637
Dünən: 1505
Bu həftə: 12038
Son həftə: 13420
Bu Ay: 35543
Son Ay: 55392
Bu İl: 187582
Ümumi: 1881507
1881507