26 Yanvar 2021 08:23 XƏBƏRLƏR Baxış sayı : 1206
26 yanvar 2021-ci il tarixində Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhak Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində olmuş və İdarənin rəisi Əsgər Rəsulov ilə görüşmüşdür.
Səfirliyin təşəbbüsü ilə keçirilən görüş zamanı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Əlcəzairin Milli Arxivi ilə əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi, birgə layihələrin reallaşdırılması, təcrübə mübadiləsi məsələləri müzakirə olunmuşdur.
Qonağa Milli Arxiv İdarəsinin fəaliyyəti barədə məlumat verilərək bildirilmişdir ki, İdarə bir sıra beynəlxalq və regional qurumlar çərçivəsində xarici ölkə arxivləri ilə əlaqənin qurulmasında maraqlıdır. Bu istiqamətdə Əlcəzair arxivləri ilə qarşılıqlı əlaqələrin qurulması önəmlidir. Qonağa həmçinin Dövlət Arxivlərində mühafizə edilən sənədlər barədə qısa ümumi məlumat verilmişdir.
Azərbaycan arxivləri ilə əlaqələrin qurulması, təcrübə mübadiləsi məsələlərinin həllinin hər iki ölkənin müvafiq strukturlarının gələcək fəaliyyətində önəmli rol oynayacağını bildirən xanım diplomat əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etmişdir.
Görüşdə həmçinin arxiv işi üzrə konkret sahələrdə əməkdaşlığın perspektivləri, beynəlxalq tendensiyalar və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.
Daha sonra Əlcəzairin ölkəmizdəki səfiri xanım Salima Abdelhak Dövlət Tarix Arxivində mühafizə edilən sənədlərlə, həmçinin Dövlət Kino-Foto Sənədləri Arxivində saxlanılan və Əlcəzair-Azərbaycan arasında siyasi, iqtisadi, mədəni əlaqələri özündə əks etdirən kino-foto materiallarla tanış olmuşdur.
Bugün: | 424 |
Dünən: | 1014 |
Bu həftə: | 5590 |
Son həftə: | 6066 |
Bu Ay: | 19486 |
Son Ay: | 28223 |
Bu İl: | 260527 |
Ümumi: | 1280948 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az