Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Faşizm üzərində qələbənin 76 illiyinə həsr olunmuş "Heç kim unudulmur, heç nə yaddan çıxmır.." adlı virtual sərgi istifadəçilərin ixtiyarına verilmişdir

      2021-ci ildə alman faşizmi üzərində Qələbənin 76-cı ildönümü qeyd olunmaqdadır.  Böyük Vətən Müharibəsində alman faşizminə  qarşı 700 minə qədər azərbaycanlı cəbhəyə yollanmış, onlardan 300 minə yaxını halak olmuşdur.

  Cəbhələrdə göstərdikləri qəhrəmanlıq və cəsarətə görə 130-dan çox soydaşımız "Sovet İttifaqı Qəhramanı" adına layiq görülmüş, 30 nəfər şərəf ordeni, 170 min əskər və zabitimiz isə SSRİ-nin müxtəlif orden və  medalları ilə təltif olunmuşlar. 

         Düşmən üzərində tarixi qələbənin qazanılmasında böyük rol oynamış yüz minlərlə oğul və qızlarımızın silahlanaraq, bütün cəbhələrdə düşmənə müqavimət göstərməsilə yanaşı, arxa cəbhədə, neft mədənlərində və zavodlarda, elmi laboratoriyalarda çalışmış azərbaycanlılar ümumi qələbənin təmin edilməsində əvəzsiz  igidlik göstərmişlər.

            Milli Arxiv İdarəsi Dövlət Arxivinin və Dövlət Kino-Foto Sənədləri Arxivinin materialları əsasında Azərbaycanın Böyük Vətən Müharibəsində iştirakına dair hazırlanmış virtual sərgini istifadəçilərin ixtiyarına vermişdir.  Sərgidə rəşadətli xalqımızın müharibə illərində ön və arxa cəbhədə əzmkar fəaliyyətini özündə əks etdirən sənədlərdən yalnız bir qismi  yer almışdır.

           Sərgi ilə BURADAN tanış ola bilərsiniz. 


Bugün: 575
Dünən: 1014
Bu həftə: 5741
Son həftə: 6066
Bu Ay: 19637
Son Ay: 28223
Bu İl: 260678
Ümumi: 1281099
1281099