Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Finlandiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Kirsti Narine Milli Arxiv İdarəsində olmuşdur

2 noyabr 2022-ci il tarixində Finlandiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Kirsti Narine Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində olmuş və İdarənin rəisi Əsgər Rəsulovla görüşmüşdür.

Səfirliyin təşəbbüsü ilə keçirilən görüş zamanı İdarənin rəisi Əsgər Rəsulov Finlandiya ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni əlaqələrin, o cümlədən arxiv işi sahəsində mövcud əlaqələrin çox surətlə inkişaf etdiyini bildirmiş, arxivlərimiz arasında qarşılıqlı təcrübə mübadiləsi proqramlarının icrasını məmnunluqla qeyd etmişdir.

Azərbaycan arxivləri ilə əlaqələrin davamlı xarakter alması, təcrübə mübadiləsi məsələlərinin həllinin hər iki ölkənin müvafiq strukturlarının gələcək fəaliyyətində önəmli rol oynayacağını bildirən xanım diplomat əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etmişdir.

Daha sonra Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Finlandiya Milli Arxivləri arasında əməkdaşlıq istiqamətlərinin daha da genişləndirilməsi, birgə layihələrin reallaşdırılması, təcrübə mübadiləsi məsələləri müzakirə olunmuşdur. 

 Görüşdə həmçinin arxiv işi üzrə konkret sahələrdə əməkdaşlığın perspektivləri, beynəlxalq tendensiyalar və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.

 

 


Bugün: 171
Dünən: 1014
Bu həftə: 5337
Son həftə: 6066
Bu Ay: 19233
Son Ay: 28223
Bu İl: 260274
Ümumi: 1280695
1280695