23 May 2024 09:05 XƏBƏRLƏR Baxış sayı : 279
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivinin Gəncə filialının 2024-cü ilin İş Planına uyğun olaraq, Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin 4-cü kurs tələbələrinin arxivdə ekskursiyası təşkil olunub.
Filialın direktoru Eleonora Süleymanova tələbələri arxiv işinin təşkili, sənədlərin mühafizəsi, qeydiyyatı, komplektləşdirilməsi, istifadəsi, informasiya təminatı və rəqəmsallaşdırılması üzrə görülən işlər, o cümlədən müvafiq normativ hüquqi aktların tələbləri haqqında məlumatlandırdı. GDU Ümumi tarix kafedrasının müəllimi Ramin Abbasovun iştirakı ilə keçirilən ekskursiyada arxiv sənədlərinin tarixi proseslərin öyrənilməsində xüsusi əhəmiyyəti qeyd edildi.
Daha sonra tələbələr sənədlərin mühafizə şəraiti, mühafizəxanaların iş rejimi ilə yaxından tanış edilərək onların suallarını cavablandırıldı.
Bugün: | 835 |
Dünən: | 817 |
Bu həftə: | 835 |
Son həftə: | 6197 |
Bu Ay: | 6107 |
Son Ay: | 25580 |
Bu İl: | 218925 |
Ümumi: | 1239346 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az